“Onların hamısı cəhənnəmə göndəriləcək” – Kremldən Paşinyanın komandasına ağır sözlərbackend

“Onların hamısı cəhənnəmə göndəriləcək” – Kremldən Paşinyanın komandasına ağır sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni xalqının bütün milli satqınları xaricdəki himayədarları ilə birlikdə cəhənnəmə göndəriləcək.

 

NOCOMMENT.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Dmitri Medvedevin köməkçisi Oleq Osipov bildirib.

O, Medvedevin sosial şəbəkədəki son postunu “başa düşməyənlər üçün” açıqlama verib. “Təhlükəsizlik Şurası sədrinin müavininin sözlərinə görə, Rusiya Ermənistanın mövcudluğunun qarantı olub və olacaq.

Bir gün əvvəl, Qarabağdakı vəziyyət fonunda Medvedev “qardaş ölkədən olan həmkarı” haqqında yazıb. Onun sözlərinə görə, müharibədə məğlubiyyətinin məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışıb, ölkəsinin bir hissədən imtina edib və arvadını “peçenye ilə” Moskvanın düşmənlərinə göndərərək NATO ilə flört etmək qərarına gəlib. “Təxmin et, onu hansı aqibət gözləyir”, – deyən Medvedev ölkəni dəqiqləşdirmədən və liderinin adını çəkmədən ritorik şəkildə soruşub.

Oleq Osipov bildirib: “Mən Dmitri Anatolyeviçlə danışdım. Əgər kimsə başa düşmürsə, deyim: Ermənistanın bir dövlət, ermənilərin isə millət kimi mövcudluğunun qarantı həmişə Rusiyanın olub və olacaq. Tanrı belə yazıb. Erməni xalqının bütün milli satqınları isə xaricdəki himayədarları ilə birlikdə cəhənnəmə göndəriləcək”.