Onlayn dərsin dərdi: İnternetə qoşulmaq olmur – AÇIQLAMAbackend

Onlayn dərsin dərdi: İnternetə qoşulmaq olmur – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Distant təhsilin başlamasının 10 günü tamam olmadan artıq sosial şəbəkələrdə valideynlər və tələbələr internetin sürətinin zəifləməsindən və onlayn dərslərə qoşula bilməmələrindən şikayət edirlər.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı axar.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib ki, eyni anda internetə qoşulmaların sayı artıdığı üçün internetin sürətiylə bağlı çətinliklərin yaranması qaçılmazdır: “Pandemiya dövründə karantin tətbiq edildiyi üçün internet xidmətlərinə olan tələbat yüksəlib və istifadə olunan internet trafiki kəskin şəkildə artıb. Məktəb və universitetlər distant təhsilə keçdiyindən, evdə oturan şagirdlərin və tələbələrin izləşdiyi kontentlər bütün videotrafikin təxminən 70%-ni təşkil edir. Hər kəs eyni zamanda internetə qoşulmağa çalışır. Bu halda isə çətinliklər qaçılmazdır. İstifadəçilərin internet xidmətlərinə tələbatının artması ilə əlaqədar nazirlik ölkə üzrə internet infrastrukturunun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparır. Görülən işlər sırasında ilk olaraq ölkə üzrə qlobal internet kanallarına qoşulma sürəti artırılıb. Bununla yanaşı, internet xidməti təqdim edən operator və provayderlər də milli internet operatorlarından aldıqları tutumları artırıb”.

Qurum rəsmisi bildirib ki, ötən illə müqayisədə bu ilin son 9 ayı üzrə “Baktelekom”un təqdim etdiyi multimedia xidmətlərinə qoşulmada 40% artım müşahidə edilib: “Pandemiya ilə əlaqədar internet xidmətlərinə artan tələbat fonunda bu ilin 8 ayında dövlət telekommunikasiya operatorları tərəfindən 100 min abunəçiyə internetə qoşulmaq üçün texniki imkan yaradılıb və 65 minə yaxın vətəndaşın şəbəkəyə qoşulması təmin edilib. Nazirliyin tabeliyində xidmət göstərən Baktelekom və Aztelekom MMC pandemiya dövründə paytaxt sakinlərini fasiləsiz rabitə xidmətləri ilə təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Ötən illə müqayisədə bu ilin son 9 ayı üzrə “Baktelekom”un təqdim etdiyi multimedia xidmətlərinə qoşulmada 40% artım müşahidə olunub.

Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı kəndlərində yerləşən fərdi evlərdə optik şəbəkənin inşası davam etdirilir və sakinlərin rabitə xidmətlərinə qoşulması operativ şəkildə həyata keçirilir. Bu yaxında Biləcəri qəsəbəsi və Hövsan yolundakı Qum adasında yerləşən yeni yaşayış massivinin sakinləri optik xidmətlərlə təmin ediliblər. Hazırda Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında fərdi evlərdən ibarət olan yaşayış massivlərində tərəfimizdən optikləşdirmə işləri aparılır”.

G.Gözəlova hazırda regionlara ötürülən trafikin həcmində 40%-dən çox artım müşahidə olunduğunu söyləyib: “Regionlarda telekommunikasiya xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə Aztelekom MMC tərəfindən mərhələli şəkildə infrastruktur layihələri həyata keçirilir. Həm magistral, həm də paylayıcı şəbəkələr müasirləşdirilir. Magistral xətlərin ötürülmə qabiliyyətinin qüzqat artırılması məqsədilə DWDM texnologiyası tətbiq edilib”.