Onu yayanlar axtarılır – DİN-dən sosial şəbəkələrdəki video ilə bağlı AÇIQLAMAbackend

Onu yayanlar axtarılır – DİN-dən sosial şəbəkələrdəki video ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və bir kişinin dua oxuyaraq İsrail bayrağını yandırmasını əks etdirən videonun Gəncədə çəkilməsi barədə iddialara münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov danışıb. O bildirib ki, ümumiyyətlə, Azərbaycanda belə fakt olmayıb: “Həmin görüntülər Azərbaycanda çəkilməyib. Əvvəllər başqa ölkədə çəkilən videoda baş verənlərin guya Gəncə şəhərində qeydə alınmış kimi təqdim edilməsi təxribat məqsədilə edilib. Bu görüntünün Azərbaycana, Gəncə şəhərinə aidiyyatı yoxdur.

Həmin videogörüntünü təxribat məqsədi ilə Gəncədə baş vermiş kimi təqdim edənlərin müəyyən edilməsi istiqamətində Daxili İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən birlikdə araşdırma aparılır”.