Onun evində 600 nəfər işləyir – Asiyanın ən varlı adamıbackend

Onun evində 600 nəfər işləyir – Asiyanın ən varlı adamı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanlı milyarder iş adamı Mukeş Dhirubhai Ambani “Reliance Industries” neft-kimya şirkətinin sədridir.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, Mukeş Dhirubhai Ambani 19 aprel 1957-ci ildə İngiltərənin Ədən koloniyasında (indiki Yəmən) anadan olub. Lakin Ambani Yəməndə qısa müddət yaşadı, çünki atası 1958-ci ildə ədviyyat və tekstil ticarəti məqsədi ilə Hindistana qayıtmağa qərar verdi. Ailə 1970-ci illərə qədər Mumbayda təvazökar iki otaqlı mənzildə yaşayırdı. Daha sonra Ambani Mumbayın Colaba rayonunda hər mərtəbədə bir ailə üzvünün yaşadığı Antilia kimi tanınan 27 mərtəbəli ultra lüks göydələn tikdi.

O, təhsil həyatına Mukeş Ambani və ögey qardaşı Anand Jain ilə Mumbayın yüksək səviyyəli rayonlarından biri olan və zəngin uşaqların oxuya biləcəyi Pedder Roaddakı Hill Grande Liseyi adlı özəl məktəbdə başladı. O, orta təhsilini Mumbayda Cizvit ordeninə bağlı xristian məktəbi olan Sent-Luisdə başa vurub. Xavier Kollecində oxuyub. Daha sonra Mumbaydakı Kimya Texnologiyaları İnstitutunu kimya mühəndisi kimi bitirib.

O, 1981-ci ildə “Reliance”də işləməyə başlayıb və 2002-ci ildə atasının ölümündən sonra şirkətin sədri vəzifəsini icra edib. O, 2007-ci ildən “Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısındadır. 2010-cu ildə o, 29 milyard dollar təxmin edilən sərvətlə 4-cü yerə yüksəldi. Səhmlərinin dəyərinin sürətlə artması ilə əlaqədar bəzi mətbuatda çıxan xəbərlərə görə, o, 2007-ci ildə 63,2 milyard dollar sərvətlə dünyanın ən varlı adamı olub.

2010-cu ilin sonunda Ambani Mumbayda xüsusi tikilmiş evə köçdü və ona “Antilia” adını verdi. 173 metr hündürlüyü, 27 mərtəbəsi və 37.000 kvadratmetr sahəsi olan bu möhtəşəm binanın özəl klinikası var və 6 mərtəbəsi Ambaninin avtomobil kolleksiyası üçün ayrılıb. Ambani və ailəsinin yaşadığı bu binada 600 nəfər tam gün işləyir.

Mukesh Ambani tərəfindən miras qalan və 1966-cı ildə atası tərəfindən qurulan “Reliance Industries” neft və pərakəndə satışdan maliyyə xidmətləri və telekommunikasiyaya qədər müxtəlif sektorlarda fəaliyyət göstərir.

Qeyd edək ki, “Forbes”in məlumatına görə, 66 yaşlı Mukeş Ambani 115 milyard dollar sərvəti ilə dünyanın 10-cu ən varlı adamıdır.