OPEC+ neft hasilatını gündə 1 milyon barel azaldılmasına razılıq verdibackend

OPEC+ neft hasilatını gündə 1 milyon barel azaldılmasına razılıq verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Noyabrın 30-da keçirilən iclasda OPEC+ alyansı təşkilatın bütün üzvləri üçün gündəlik neft hasilatının əlavə olaraq 1 milyon barel azaldılmasına razılıq verib. Bu barədə Bloomberg məlumat yayıb.

Bu qərar Səudiyyə Ərəbistanının daha əvvəl danışıqların məqsədi kimi bildirdiyi könüllü məhdudiyyətlərini 1 milyon barel genişləndirməsini tamamlayacaq.

“Bu rəqəmlər təsdiqlənərsə, OPEC+ neft bazarına nəzarəti saxlamaq istədiyini göstərəcək. 2024-cü ilin əvvəlində tələbin ehtimal olunan mövsümi zəifləməsini nəzərə alaraq, alyans aktiv mövqe tutmağa davam edir”, – deyə UBS Group AG analitiki Covanni Staunovo bildirib.

Staunovo bildirib ki, ixtisarlarla bağlı əsas detallar hələ də yoxdur. İxtisarların üzvlər arasında necə bölüşdürüləcəyi və ya Rusiyanın gündə 300 000 barel ixracını azaltmasının yeni yekunlara necə təsir edəcəyi dərhal aydın deyil.