OPEC+ ölkələri apreldən neft hasilatını artırmağa başlayacaqlarbackend

OPEC+ ölkələri apreldən neft hasilatını artırmağa başlayacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

OPEC+ ölkələri apreldən neft hasilatını artırmağa başlayacaqlar.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə OPEC-in məlumatında deyilir.

Qeyd olunur ki, hasilat məhdudiyyətlərindən mərhələli çıxış 2025-ci ilin aprelindən 2026-cı ilin sentyabrına qədər davam edəcək.

Eyni zamanda, OPEC+ etiraf edir ki, hasilatın artımı dayandırıla bilər və ya təşkilat ölkələri bazardakı vəziyyətdən asılı olaraq yenidən ixtisarlara qayıda bilər.

Xatırladaq ki, 2024-cü ilin əvvəlindən təşkilatın 8 ölkəsi tərəfindən neft hasilatı sutkada 2,2 milyon barel azaldılıb.

OPEC+ ölkələri hasilatın kompensasiyası ilə bağlı yenilənmiş planlarını martın 17-dək Katibliyə təqdim edəcəklər.