OPEC qlobal neft tələbatı üzrə proqnozunu korrekdə edibbackend

OPEC qlobal neft tələbatı üzrə proqnozunu korrekdə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu artıma doğru korrekdə edib.

Bu barədə NOCOMMENT.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 106,3 mln. barel olacağı proqnozlaşdırılır (öncəki proqnoz – 106,25), bu da 2024-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,85 mln. barel çoxdur (proqnoz dəyişməyib).

OPEC bu il üçün qlobal neft tələbatının 104,46 mln. barel (öncəki proqnoz – 104,4 mln. barel) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,25 mln. barel artım deməkdir (proqnoz dəyişməyib).

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub. Beləliklə, 2023-cü ildə neft tələbatının artım tempi 2,55 mln. barel təşkil edib.

Qeyd edək ki, OPEC məlumatlarına əsasən, 2022-ci ildə qlobal gündəlik neft tələbatı 99,66 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,74 mln. barel təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.

“APA-Economics”