Operativ Qərargah: 15 nəfər COVİD-19-dan vəfat etdibackend

Operativ Qərargah: 15 nəfər COVİD-19-dan vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 842 yeni yoluxma faktı qeydə alınıb, 2 062 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 483 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 457 144 nəfər müalicə olunaraq sağalıb, 6 513 nəfər vəfat edib. 19 471 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 668, bu günə qədər isə ümumilikdə 4 849 531 test icra olunub.