Operativ Qərargah “Formula 1″lə bağlı açıqlama verdibackend

Operativ Qərargah “Formula 1” bağlı açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Formula 1″ yarışının keçirilməsi ilə bağlı məlumatım yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə növbəti brifinqlərdə hər hansı informasiya olarsa, açıqlanacaq. Operativ Qərargaha müraciət edərək məlumat alına bilər. “Ancaq hazırda bildiyiniz kimi, hazırda kütləvi tədbirlərə icazə verilmir”.

Qeyd edək ki, “Formula 1″də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl “Formula 1” yarışları Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub.

Bakıdakı yarış 5 – 7 iyunda keçirilməsi nəzərdə tutulsa da, pandemiyaya görə sual altındadır.