Operativ Qərargah və TƏBİB rəsmiləri parlamentə çağırıldılarbackend

Operativ Qərargah və TƏBİB rəsmiləri parlamentə çağırıldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Milli Məclisin Səhiyyə komitəsində dinləmələr keçiriləcək. İclasda koronavirusla bağlı son vəziyyət və vaksinasiya məsələləri müzakirə olunacaq.

NOCOMMENT xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Məhmudov modern.az-a sabah aidiyyəti olan bütün qurumların və TƏBİB rəsmilərinin iclasda iştirakının gözlənildiyini bildirib.

“Sabah aidiyyəti qurumlarla birgə Operativ Qərargahın nəzdində olan digər orqanların bu günə kimi koronavirusla mübarizədə ortaya qoyduqları səylər və datalar analiz olunacaq. Bu datalara görə bundan sonra ehtimal oluna biləcək dalğalar və bu dalğalara qarşı ölkənin həm tibbi, həm də digər sahələr üzrə atıla biləcək addımları barədə fikir mübadiləsi aparılacaq.

Düşünürəm ki, həm aidiyyəti komitələr, eləcə də Operativ Qərargahın nəzdində olan qurumlar, eyni zamanda TƏBİB-in iştirakı ilə baş tutacaq iclas gələcək planların qurulması baxımından vacib bir addımdır”.