Operativ Qərargah yoluxma sayını AÇIQLADIbackend

Operativ Qərargah yoluxma sayını AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 826 yeni yoluxma faktı qeydə alınıb, 1 597 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 487 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 467 043 nəfər müalicə olunaraq sağalıb, 6 599 nəfər vəfat edib, aktiv xəstə sayı 13 562 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 201, ötən müddət ərzində isə ümumilikdə 4 902 328 test aparılıb.