Operativ Qərargaha çağırış: Həftəsonu nəqliyyat işləməlidirbackend

Operativ Qərargaha çağırış: Həftəsonu nəqliyyat işləməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir ildir ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Bütün karantin qaydalarının ləğvindən sonra, bu qadağanın hələ də qüvvədə olması cəmiyyətdə haqlı narazılıqlar yaradıb.

Hər kəsi maraqlandıran bir sual var: həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaqmı?

NOCOMMENT.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verib.

O, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa olunması tərəfdarı olduğunu deyib.

“Bu, Operativ Qərargahın verə biləcəyi bir qərardır. Düşünürəm ki, həftəsonu qadağasını ləğv etmək lazımdır. Artıq virusla birlikdə yaşamağı öyrənməliyik.

Hazırda ictimai nəqliyyatda sərnişin sıxlığı olduqca çoxdur. Bu problemi aradan qaldırmaq üçün əlavə avtobuslar xəttə buraxılmalıdır. Nəzərə almalıyıq ki, artıq yeni tədris ilinə start verilib və həftə içi sıxlıq daha çox olacaq. Buna görə də həftəsonu nəqliyyatın hərəkətinin dayandırılmasına zərurət yoxdur, sadəcə avtobusların sayı çoxaldılmalıdır”.