Orban: “Aİ kifayət qədər güclü deyil ki, Rusiya onu ciddi qəbul etsin”backend

Orban: “Aİ kifayət qədər güclü deyil ki, Rusiya onu ciddi qəbul etsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı (Aİ) kifayət qədər güclü deyil ki, Rusiya onu ciddi qəbul etsin”.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

“Bu, güvən məsələsi deyil, bizim problemimiz güc çatışmazlığıdır. Biz avropalılar o qədər güclü deyilik ki, rusiyalılar bizi ciddi qəbul etsinlər. Bu, hakimiyyət ətrafında bir oyundur”, – Orban deyib.

Onun sözlərinə görə, Aİ daha inamlı mövqe tutmalı, güc nümayiş etdirməli və hər iki tərəfin maraqlarını başa düşməyə qadir olduğunu sübut etməlidir:

“Yalnız bundan sonra hansısa razılaşma axtarışı mərhələsinə keçmək mümkün olacaq”.