Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını (Aİ) Rusiya əleyhinə sanksiyalarla bağlı mövqeyinə yenidən baxmağa çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Brüssel bürokratları tərəfindən hazırlanmış sanksiyalar bir məqsədə nail oldu: Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini məhv etdi. Dəyişiklik vaxtıdır! – deyə o vurğulayıb.
O qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar heç bir müsbət nəticə verməyib. Məhdudiyyətlərin Ukraynadakı münaqişənin dayandırılmasına heç bir təsiri olmayıb. Eyni zamanda Avropa Rusiyanın enerji resurslarından imtina edə bilmədi.