Orban: Aİ Ukraynadakı münaqişənin sülh yolu ilə həlli barədə daha tez-tez düşünməyə başlayıbbackend

Orban: Aİ Ukraynadakı münaqişənin sülh yolu ilə həlli barədə daha tez-tez düşünməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqında Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli barədə düşünməyə başlayanların sayı artır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosunda məlumat verib.

Onun sözlərinə görə, buna baxmayaraq, Avropada hələ də Ukraynanın maliyyələşdirilməsinə dəstək verənlər var.

“Ancaq eyni zamanda, ehtiyatlı davranan, lakin yeni vəziyyətə uyğunlaşmaq zərurəti barədə düşünənlərin sayı artır”, – RİA Novosti baş nazirdən sitat gətirir.

O, həmçinin vurğulayıb ki, Macarıstan həmişə Ukraynaya silah tədarükünün və Kiyevin maliyyələşdirilməsinin əleyhinə olub.