Avropa hər ölçüdə Rusiyadan güclüdür və əgər Rusiya PUA-ları ölkə hava məkanına daxil olsa, onları vuracaqlarını vəd edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Harcosok Órája” podkastında bildirib.
O qeyd edib ki, lazım gələrsə, Macarıstan dronları vuracaq. Eyni zamanda, Avropa İttifaqının bəzi ölkələrinin mövqeyini tənqid edib, onları “PUA-lardan təhdid altında imiş kimi davranmaqda” ittiham edib.
“Biz [Avropa] hər ölçüdə güclüyük. Heç vaxt anlamamışam ki, güclü olduğumuz halda niyə zəifmiş kimi danışırıq. Rusiya bizə nisbətən zəifdir — hərbi baxımdan, iqtisadi baxımdan və say baxımından zəifdir”, — deyə Orban bildirib.