Orban: Avropa tezliklə Ukrayna münaqişəsinin sülh yolu ilə həllini müdafiə edəcəkbackend

Orban: Avropa tezliklə Ukrayna münaqişəsinin sülh yolu ilə həllini müdafiə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün Avropa tezliklə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə razılaşacaq”.

NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

O vurğulayıb ki, bu gün yalnız Macarıstan sülhü öz missiyası hesab edir. Lakin Orbanın sözlərinə görə, digər Avropa ölkələri müharibənin səhv olduğunu anlayıb, sülh tərəfinə keçəcəklər.

“Qərb yanlış hesablamalara və yanlış strategiyaya əsaslanaraq, Ukrayna ilə Rusiya Federasiyası arasında eskalasiyaya tələsdi. Vəziyyət getdikcə mürəkkəbləşir. Bu münaqişənin həlli döyüş meydanında olmayacaq”, deyə Macarıstanın baş naziri bildirib.

Bundan əvvəl Orbanın İsveçrə və Fransanın da müzakirəyə qoşulduğu Braziliya və Çinin sülh təşəbbüsü əsasında Rusiya və Ukrayna arasında danışıqların yeri barədə razılığa gəlməyi planlaşdırdığı bildirilirdi.