Macarıstanın Baş naziri Viktor Orban avropalı siyasətçilərin Moskva ilə danışıqlara getmək istəməməsini barbarlıq hesab edir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə o, Vyanada “Weltwoche” nəşrinə bildirib.
“Bizə danışıqlar lazımdır. Çox nadir hallarda rabitəsiz müharibələr olur. Bu diplomatik baxımdan barbarlıqdır. Avropanın (Avropalı siyasətçilər – Qeyd) Rusiya ilə danışıqların olmaması ilə kifayətlənməsi barbarlıq və axmaqlıqdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Ukrayna öz məqsədinə nail ola bilməyəcək və vəziyyət hər gün daha da pisləşir:
“Ağıllı analitik deyəcək ki, Ukrayna qalib gələ bilməz. Düşüncəli adam deyəcək ki, dayanıb atəşkəsə nail olmaq lazımdır”.