Brüssel çiçəklənən Avropa xəyalını məhv etdi, onu kabusa çevirdi və Avropanın gələcəyini relsdən çıxardı.
NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxışı zamanı deyib.
“Avropa arzumuz ondan ibarət idi ki, biz Avropa xalqları birləşsək, daha müharibələr olmayacaq, biz firavanlıq və təhlükəsizlik içində yaşaya bilək”, – deyə o, izah edib.
Baş nazirin sözlərinə görə, Brüssel onu oğurlayıb və Avropanın gələcəyini relsdən çıxarıb.
“Avropa yuxusu əvəzinə kabus gördük”, – deyə o vurğulayıb.