Orban liberal dünya nizamının sona çatdığını elan edibbackend

Orban liberal dünya nizamının sona çatdığını elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liberal dünya nizamı sona çatdı və indi dünya köklü dəyişikliklərlə üz-üzədir.

NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Onun fikrincə, yalnız öz güclü tərəflərindən maksimum istifadə edən ölkələr “dəyişikliklər zamanı qalib ola biləcəklər”. Nazirlər Kabinetinin rəhbəri hesab edir ki, “təslim olan, cərgədə dayanan”, öz dəyərlərini göstərə bilməyən, macar milli xarakterinə xas olan “gücünü kəşf edə bilməyən” dövlətlər “qısa müddətdə əhəmiyyətini itirəcək”.

O, həmçinin bildirib ki, Macarıstan “Şərqin ən qərbi və Qərbin ən şərqli ölkəsi” olmaqla, “dünyanın bütün iqtisadi güc mərkəzləri ilə” əlaqələr qurmaq istəyir.

Eyni zamanda Orban qeyd edib ki, ölkəsi “başqalarının açdığı” yolla getmək niyyətində deyil, onun tarixindən, iqtisadi strukturundan və mədəniyyətindən yararlanmağa hazırlaşır.