Macarıstanın baş naziri Viktor Orban ölkəsinin əsas təhlükəni Rusiyadan deyil, Avropa İttifaqının paytaxtı Brüsseldən görməli olduğunu bildirib. Onun sözlərinə görə, azadlığı sevən insanlar təhlükəni Şərqdə deyil, məhz Brüsseldə axtarmalıdırlar.
NOCOMMENT.az xəbər verir ki, Orban bu barədə çıxışı zamanı bildirib: “Biz bu fikrə alışmalıyıq ki, azadlığı sevənlər Şərqdən yox, Brüsseldən ehtiyat etməlidirlər və narahat baxışlarını Brüsselə yönəltməlidirlər”.
Macarıstanın baş naziri Rusiya prezidenti Vladimir Putinə qarşı hücumların primitiv və qeyri-ciddi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Brüssel real təhlükə mənbəyidir.
“Putinə qarşı hücumlar bəsit və ciddi deyil. Lakin Brüssel hiss olunan reallıqdır və birbaşa təhlükə mənbəyidir”, – deyə Orban qeyd edib.













