Orban: Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacaqbackend

Orban: Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirməsə, Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyaları altı ay ərzində uzatmaq qərarına veto qoyacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosunun efirində bildirib.

Orban həmçinin əlavə edib ki, Moskvaya qarşı qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyir, çünki Budapeşt son üç ildə bu məhdudiyyətlərə görə 19 milyard avro itirib.

“Sanksiyalarla bağlı qərar altı aydan bir qəbul edilməlidir. Əgər [AK – redaktorun qeydi] [zəmanətləri – redaktorun qeydi] yerinə yetirməsə, o zaman biz nəinki sanksiyaların ləğvi barədə danışmağa başlayacağıq, həm də onları ləğv edəcəyik”, – deyə o vurğulayıb.