Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Macarıstan və Slovakiya Ukraynadan Rusiya qazının tranziti ilə bağlı vəziyyəti həll etməyi tələb edir, əks halda cavab tədbirləri görüləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Bratislavadakı görüşdən sonra slovakiyalı həmkarı Robert Fiko ilə birgə mətbuat konfransında bildirib.
“Ona görə də mən son dərəcə mürəkkəb olan qaz tranziti probleminin danışıqlar yolu ilə həllini tapmaq üçün Baş nazir Robert Fikonun səylərini dəstəkləməyə davam edəcəyəm”, – TASS Orbanın sözlərindən sitat gətirir.
O əlavə edib ki, Kiyevin danışıqlardan imtina etməsi qəbuledilməzdir.
“Əgər onlar təcavüz və düşmənçilik nümayiş etdirməyə davam etsələr, uduzacaqlar. Nəhayət, biz bundan yorulacağıq və əks tədbirlər görəcəyik”, – deyə o vurğulayıb.