Orban: Nə Macarıstan, nə də Aİ Rusiya ilə müharibə vəziyyətində deyilbackend

Orban: Nə Macarıstan, nə də Aİ Rusiya ilə müharibə vəziyyətində deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nə Macarıstan, nə də Avropa Birliyi Rusiya ilə müharibə vəziyyətində deyil və bunun əksini iddia edənlər təhlükəli oyun oynayır və avropalıların həyatını təhlükəyə atırlar.

NOCOMMENT.az bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Polşanın baş naziri Donald Tuskun Ukrayna münaqişəsi ilə bağlı “bütün Qərbin müharibəsi” adlandırmasını şərh edərkən deyib.

“Siz Rusiya ilə müharibə etdiyinizi düşünə bilərsiniz, lakin Macarıstan belə deyil. Avropa Birliyi də belə deyil. Siz təhlükəli oyun oynayırsınız, milyonlarla avropalının həyatını və təhlükəsizliyini riskə atırsınız. Bu, çox pisdir”, – Orban Polşanın baş nazirinə elektron poçt ünvanında yazıb.

Sentyabrın 29-da Varşava Təhlükəsizlik Forumunun açılışında çıxışı zamanı Tusk Ukrayna münaqişəsini fundamental maraqlarına əsaslanaraq “Qərbin müharibəsi” adlandırıb.