Orban: Rusiya NATO-ya hücum edəcək gücdə deyilbackend

Orban: Rusiya NATO-ya hücum edəcək gücdə deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o, Rusiyadan NATO ölkələrinə hərbi təhlükə görmür, çünki Moskva Ukraynada hələ də öz məqsədlərinə nail ola bilməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransanın LCI telekanalı məlumat yayıb.

O, Ukraynadakı hadisələrə görə qlobal münaqişənin başlanması ehtimalını rədd edib.

“Ruslar bunun üçün çox zəifdirlər. Onlar Ukraynanı belə məğlub edə bilmirlər, ona görə də NATO-ya qarşı real hücum etmələri mümkünsüzdür”, – deyə Macarıstanın hökumət başçısı bildirib.

Eyni zamanda o qeyd edib ki, “Ukrayna münaqişədə uduzur” və sülh danışıqları yalnız Rusiya ilə ABŞ arasında baş tuta bilər.

“Ukrayna – çünki müharibəni uduzur, Avropa isə – çünki bu prosesə çox dərindən qarışıb. Ona görə də razılaşma yalnız ruslar və amerikalılar arasında mümkündür”, – deyə Orban vurğulayıb.