Orban Rusiya və Ukraynanı sülhə çağırdıbackend

Orban Rusiya və Ukraynanı sülhə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı və NATO üzvü olsa da tərəfdaşları qədər Rusiyaya qarşı sərt mövqe tutmamağa üstünlük verən Macarıstan Rusiya-Ukrayna müharibəsinin ildönümünə girdiyimiz bir vaxtda hər iki tərəfi sülh danışıqlarına başlamağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban hər iki ölkəni dərhal atəşkəs və sülh danışıqlarına başlamağa çağırıb.

Baş nazir Orban “Twitter” hesabından verdiyi açıqlamada bütün Qərbin Ukraynanı dəstəklədiyini, lakin Rusiyanın da nüvə gücü olduğunu və küncə sıxışdırıla bilməyəcəyini bildirib.

“Rusiya qalib gələ bilməz, çünki bütün Qərb dünyası Ukraynanın arxasında dayanır. Eyni zamanda, Rusiya nüvə dövlətidir. Nüvə dövləti küncə sıxışdırıla bilməz, çünki o, nüvə müharibəsinə səbəb ola bilər. Bizə atəşkəs və sülh danışıqları lazımdır. Nə qədər tez olarsa bir o qədər də yaxşıdır” deyə Orban qeyd edib.

NOCOMMENT.AZ