Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı onu “Rusiyanın təcavüzü” barədə açıq danışmağa məcbur edir.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib.
“Qiymətləndirməni tarixçilərin öhdəsinə buraxaq. Mən siyasətçiyəm və bizim Avropa İttifaqının qərarı var. Bu, məni Rusiyanın təcavüzündən danışmağa məcbur edir”, – deyə o bildirib.
Orban qeyd edib ki, bu, Avropa İttifaqının rəsmi mövqeyidir.