backend

Orban: Ukraynada sülh yalnız Qərb bu ölkənin NATO-ya üzv ola bilməyəcəyini anlayanda gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həm Qərb, həm də ukraynalıların özləri Kiyevin NATO-ya üzv ola bilməyəcəyini qəbul edəndə Ukraynada sülh mümkün olacaq.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Esterqom şəhərində keçirilən gənclər festivalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, münaqişənin əsas səbəbi məhz Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaq niyyətidir.