Orban Ukraynanın təkbaşına mübarizə apara bilməyəcəyini bəyan edibbackend

Orban Ukraynanın təkbaşına mübarizə apara bilməyəcəyini bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynadakı münaqişə Ukraynanın vasitəçiliyi ilə Qərblə Rusiya arasında gedən müharibədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə XTV kanalı məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri təkbaşına döyüşmək iqtidarında deyil və Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə dialoqu Moskva və Vaşinqton aparacaq.

Orban hesab edir ki, Ukrayna müstəqil dövlət olmaqdan çıxıb. Siyasətçinin fikrincə, Rusiya ilə ABŞ arasında razılaşmalar İkinci Dünya Müharibəsindən sonra olduğu kimi uzun müddət dünyanın təhlükəsizlik nizamını müəyyən edəcək.