Macarıstanın baş naziri Viktor Orban öz Facebook hesabında Ukraynanın Aİ-yə qoşulmasına qarşı keçirilən ümummilli sorğuda səs verdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.
“Brüssel və “Tisa” partiyası Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir. Bu, Macarıstan iqtisadiyyatını məhv edər. Biz gələcəyimizlə bağlı qərarın bizsiz qəbul edilməsinə imkan verməyəcəyik”, – o yazıb.
Macarıstanda Ukraynanın Avropa Birliyinə qəbulu ilə bağlı ictimai sorğu keçirilir. Anketlər poçtla göndərilir. Vətəndaşlara Ukraynanın Avropa Birliyinə daxil olmasını dəstəkləyib-dəstəkləmədikləri sualına cavab vermək təklif olunur.