Orban: Yüksək enerji qiymətləri Avropa iqtisadiyyatını öldürəcəkbackend

Orban: Yüksək enerji qiymətləri Avropa iqtisadiyyatını öldürəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan hökuməti qorxur ki, Ukrayna münaqişəsinin həlli mümkünlüyünə baxmayaraq, Avropada yüksək enerji qiymətləri davam edəcək və bu qitə iqtisadiyyatını öldürəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban səhər proqramında çıxışı zamanı bildirib.

O xatırladıb ki, 2024-cü ildə Aİ ölkələri rəqabətqabiliyyətliliklərinin artırılması ilə bağlı Budapeşt Bəyannaməsini qəbul ediblər, bu bəyannamə xüsusilə neft və qazın qiymətinin aşağı salınması ilə bağlı tədbirləri nəzərdə tutur. “Lakin mən qorxuram ki, bizim böyük ümumi vədimiz yerinə yetirilməyəcək və bizdə enerji qiymətləri yüksək qalmaqda davam edəcək. Avropada enerji qiymətləri artır və bu, iqtisadiyyatı öldürəcək”, – hökumət başçısı bildirib.

Orban qeyd edib ki, Ukraynadakı münaqişənin həllində ilk addımlar sülhün əldə olunmasına ümid verir və bu, qlobal iqtisadi vəziyyətin, o cümlədən Avropadakı vəziyyəti yaxşılaşdırmağa kömək edəcək. “Dünya yaxınlaşır və bu, Macarıstan iqtisadiyyatı üçün yaxşı olacaq. Macarıstan iqtisadiyyatı onun çox güclü müsbət xarici təsirlərə məruz qalacağını gözləyir”, – baş nazir vurğulayıb.

Eyni zamanda, o, Aİ-nin hazırkı liderlərinin icmanın bütün ölkələrinin maraqlarına uyğun effektiv siyasət həyata keçirə biləcəklərinə hələ də inanmadığını açıqlayıb. “Ola bilsin ki, sülh bütün Avropa iqtisadiyyatına müsbət təsir göstərəcək, lakin mən Avropada Brüssel, Berlin və ya Parisdən Macarıstan iqtisadiyyatına müsbət təsir göstərə biləcək hər hansı idarəetmə qərarını gözləmirəm”, – Orban yekunlaşdırıb.