Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin açıqlamalarında açıq təhdid hiss etdikdən sonra onunla siyasi qarşıdurmaya getməyə məcbur olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Orban wPolsce24 portalına verdiyi açıqlamada danışıb.
“Zelenskinin sözlərində açıq təhdid gördüm və buna görə münasibətləri sərtləşdirmək məcburiyyətində qaldım,” – deyə Orban qeyd edib.
O, daha əvvəl də Zelenskini sülhə qarşı çıxmaqda ittiham etmiş və Ukrayna rəhbərliyini münaqişənin diplomatik həlli yoluna qayıtmağa çağırmışdı.