Ördəklərin yolu keçməsinə kömək edərkən ölübbackend

Ördəklərin yolu keçməsinə kömək edərkən ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ördəklərin yolu keçməsinə kömək edərkən ölüb.

NOCOMMENT xəbər verir ki, yerli polisin dediyinə görə, avtomobilin vurması nəticəsində ölən Kaliforniyalı bir kişi toqquşmadan bir neçə dəqiqə əvvəl ördəklər ailəsinə yolu keçməyə kömək edərkən görünüb. Şəhər polisindən verilən açıqlamaya görə, 41 yaşlı Casey Rivara Sakramentodan təxminən 40 kilometr şimal-şərqdə yerləşən Rocklin şəhərində ördək ailəsini keçməyə çalışıb.
Maşından düşən Rivara gənc sürücünün idarə etdiyi avtomobilin altında qalıb.

İnsanlar qəza yerinə gül buketləri və rezin ördəklər qoyublar. Rocklin Polis İdarəsi heç bir həbs edilmədiyini və hadisənin hələ də araşdırıldığını bildirib. Rocklin polis kapitanı Scott Horrillo NBC News-a bildirib ki, gənc sürücü çətin ki, cinayət məsuliyyətinə cəlb olunacaq.