Ordu və HDK Türkiyənin Sudandakı səfirliyinə hücumda bir-birini günahlandırdıbackend

Ordu və HDK Türkiyənin Sudandakı səfirliyinə hücumda bir-birini günahlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda ordu və Çevik Dəstək Qüvvələri (HDK) Türkiyənin Xartumdakı səfiri İsmayıl Çobanoğlu da daxil olmaqla, diplomatik avtomobili hədəf alan hücumda bir-birini günahlandırır.

NOCOMMENT.az xəbər verir ki, HDK-dan hücumla bağlı verdiyi açıqlamada hadisənin bütün beynəlxalq norma və razılaşmaları açıq şəkildə pozan qorxaq bir hərəkət olduğu bildirilib.

Açıqlamada ordu nəzərdə tutuluaraq “Çevriliş qüvvələri hər iki tərəfin təxliyyə ilə bağlı koordinasiyasından sonra Xartumda Türkiyənin səfiri İsmayıl Çobanoğlunun maşınına atəş açaraq diplomatik missiyaları qorumaq üçün bütün beynəlxalq norma və razılaşmaları kobud şəkildə pozub” ifadələri qeyd edilib.

Ordudan verilən açıqlamada isə hücumun HDK tərəfindən həyata keçirildiyi iddia edilib.

“HDK səfirin baş verənlərlə bağlı açıqlama verə biləcəyini unudub” deyə açıqlamada qeyd edilib.

NOCOMMENT.AZ