Ordumuz erməni postunu darmadağın edib çıxdı – Fotobackend

Ordumuz erməni postunu darmadağın edib çıxdıFoto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatı nəticəsində iki əsgərimizin yaralanmasına cavab olaraq Ordumuzun cavab zərbələrinin nəticələri barədə erməni mediası eksklüziv fotolar paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, fotoda ermənilərin ərazidə mərkəz funksiyasını yerinə yetirən möhkəmləndirilmiş postunun darmadağın edildiyi aydın görünür. Belə ki, bu post bir neçə gündür ermənilərin Kəlbəcər istiqamətində təxribatlarında “baza” rolunu oynayıb.

Bu gecə ermənilərin növbəti təxribatından sonra Azərbaycan Ordusu erməni təxribat nöqtələrini susdurmaq əməliyyatına başlayıb. Bu sırada ermənilərin güvəndiyi möhkəmləndirilmiş sözügedən hərbi post da darmadağın edilib.

Azərbaycan Ordusu Rusiyanın çağırışı ilə atəşkəs qərarı verdikdən sonra ermənilər Geqarkunik istiqamətindəki sərhəd ərazidə yerləşən posta qayıtmağa nail olublar.

Qeyd edək ki, rəsmi məlumata görə, Ermənistan ordusu bugünkü atışmada 3 əsgər itirib (biri zabitdir), 5 əsgəri isə yaralıdır. Erməni Teleqram kanalları isə məhv edilən erməni əsgərlərin sayının 5 olduğunu yazıblar. /Axar.az