Ordumuz Ermənistanın muzdlu-terrorçularını belə zərərsizləşdirdi – VİDEObackend

Ordumuz Ermənistanın muzdlu-terrorçularını belə zərərsizləşdirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

Bu barədə Azərbaycan respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də məlumat yayıb. DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib.

NOCOMMENT-in xəbərinə görə, Azərbaycan Ordusunun sülhəməcburetmə və antiterror əməliyyatları davam edir.

Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə xarici muzdlu-terrorçuların iştirakını sübut edən növbəti görüntülər üzə çıxıb. Ordumuz tərəfindən xeyli sayda əcnəbi muzdlu-terrorçu məhv edildiyi açıq-aşkar görünür.