KoronaVirus İnformasiya Portalı
Ordumuz Şuşaya necə girdi? – Ohanyandan şok açıqlamabackend

Ordumuz Şuşaya necə girdi? – Ohanyandan şok açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa satqınlıq nəticəsində verilməyib.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

“Şuşada və ətrafında imkanlarım çərçivəsində könüllü döyüşçülərin təşkilində, onlarla ordu arasındakı qarşılıqlı əlaqənin yaradılmasında kömək etdim. Şuşadakı əməliyyata rəhbərlik etdiyim və şəhərin satqınlıq nəticəsində verilməsi barədə xəbərləri təkzib etmək istəyirəm. Belə deyil”, – Ohanyan bildirib.

Onun sözlərinə görə, hücum və əks-hücum əməliyyatları 6-7 noyabr tarixlərində davam edib:

“Şuşanın tutulmasının səbəblərindən biri düşmənin say üstünlüyüdür. Azərbaycanlılar ətrafdakı meşələrin hesabına şəhərə girməyi bacardılar”.
Axar.az