Ordumuz Xocalıda erməni təxribatının qarşısını aldıbackend

Ordumuz Xocalıda erməni təxribatının qarşısını aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.