Ordumuzun son əməliyyatı: Nələrə nail olduq?backend

Ordumuzun son əməliyyatı: Nələrə nail olduq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ordusu Qarabağda keçirdiyi son əməliyyatla separatçıların silah-sursat daşıdığı yolu nəzarət altına götürüb. Beləliklə, separatçıların Ermənistanla bütün əlaqələri Bakının nəzarətinə keçib.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında böyük və nadir bir işin başlanğıcını qoyduğumuzu bildirib.

“Müzəffər ordumuzun xüsusi təyinatlıları bir güllə belə atmadan ermənilərin uzun müddətdir alternativ yol kimi istifadə etdikləri kommunikasiya yollarına nəzarəti ələ almışıq. Beləliklə də, suverenliyimizi Qarabağın böyük hissəsinə yaya bilmişik. Hesab edirəm ki, bundan sonra da həmin prosseslər bu cür lokal xarakterli əməliyyatlarla davam edəcək. Diqqət yetirilməsi vacib olan məqamlardan biri də odur ki, rəsmi Bakı göstərdi ki, bu addımlarla öz suveren ərazisində istədiyi kimi davrana bilər və praktiki olaraq qeyri-qanuni fəaliyyətlərə imkan verməyəcək”.

Politoloq bildirib ki, bizim gündəliyimizdə Ağdərə, Kəlbəcər yolu, Sərsəng su anbarı məsələsi, Ermənistanı sülhə sövqetmə mövzusu, separatçıları rəsmi Bakı ilə danışıqlara məcburetmə xətti var.

“Bunların hər birinə nail olacağıq. Güman edirəm ki, atılan addım artıq alternativ yollarda dayaq məntəqələrinin yaradılması, ordumuzun dayaq nöqtələrinin qurulması, gələcəkdə digər yaşayış məntəqələrinə qədər Azərbaycan hakimiyyətinin suveren hüquqlarının yayılması tədricən həyata keçiriləcək. Beləliklə, biz ərazi bütövlüyümüzü sözügedən ərazilərdə də tam bərpa edəcəyik”, – o deyib.

“Bu əməliyyatın nəticələri rəsmi Bakının Xankəndi üzərində təsiri imkanlarının artırılmasına gətirib çıxaracaq?” sulına politoloq belə cavab verib:

“Bu əməliyyatdan Ermənistan və separatçıların liderləri də ciddi dərs götürür, nəticə çıxarırlar. Şübhəsiz, separatçıların alternativ yollarının bağlanması Bakının Xankəndi üzərində təsir imkanını artıracaq. Əminəm ki, sülhyaratma prossesi daha rəvan gedəcək. Rəsmi Bakı ilə Xankəndi dialoqu da öz həllini tapacaq. Bütövlükdə 44 günlük müharibədə olduğu kimi lokal xarakterli hərbi əməliyyatlarla suverenliyimizlə bağlı yeni statusun formalaşmasına nail olacağıq”.

Q.Hüseynli vurğulayıb ki, prosses separatçıların Qarabağdakı erməni əhalisi üzərində təsirinin azalması ilə nəticələnəcək:

“Bu isə ermənilər arasında inteqrasiyanın alternativi olmadığı mövzusunu gücləndirəcək”.