Orenburq hava limanı təyyarələrin gəliş-gedişinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.
“Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib”, – agentliyin nümayəndəsi yazıb.
Korenyako 11 avqust günorta saatlarında hava limanında məhdudiyyətlərin tətbiq edildiyini xatırladıb.
Bundan əvvəl bənzər uçuş məhdudiyyətləri Penza, Nijni Novqorod, Kaluqa, Volqoqrad, Saratov və Samara hava limanlarında da tətbiq olunmuşdu.