Orta məktəbdə Quranı təpiklədilər – Araşdırma başladıbackend

Orta məktəbdə Quranı təpiklədilər – Araşdırma başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyada şagirdlərin Quranı təpikləməsi böyük təpkilər doğurub.

NOCOMMENT.az İHA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Serik rayonundakı orta məktəbdə baş verib. Gənclərin Qurani-Kərimi təpikləməsi videoya çəkilib. Həmin video sosial mediada böyük əks-səda doğurub.

Şagirdlərin hərəkəti intizam komitəsində araşdırılıb. Quranı havaya ataraq təpiklənməsi, bunun gülüş və söyüşlə müşayiəti görüntüləri İl Milli Təhsil Müdirliyini də hərəkətə gətirib. 4 şagirdə intizam cəzası verilib və məktəblə bağlı inzibati araşdırma başlanıb.

Digər tərəfdən, təhsil naziri Mahmut Özer Antalyanın Serik rayonunda lisey şagirdinin Quran təpikləməsi ilə bağlı danışıb:

“Bu gün bir məktəbdə lisey şagirdlərinin Müqəddəs Kitaba bu cür yanaşmanı qəbul etməyimiz mümkün deyil. Lazımi araşdırmalara başlanıb və məktəbə müfəttiş göndərilib. Baş Prokurorluq da araşdırmalara başlayıb. Prosesi dəqiqliklə izləyəcək və lazım olan cəzaları da verəcəyik”.
yenisabah