Orta məktəblər ancaq o halda açıla bilər ki… – Həkim şərti açıqladıbackend

Orta məktəblər ancaq o halda açıla bilər ki… – Həkim şərti açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 sentyabrda orta məktəblərin açılıb-açılmayacağı hələ də sual altındadır. Sosial şəbəkələrdə bu mövzuda müzakirələr bitmir. Günlər yaxınlaşdıqca valideynlərin narahatlığı daha da artır. Əksəriyyətin rəyi budur ki, ənənəvi dərs başlayandan az müddət sonra məktəblər yenidən bağlanacaq. Üstəlik valideynlər övladlarının yoluxmasından ciddi şəkildə narahatdırlar.

NOCOMMENT xəbər verir ki, onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla yenisabah-a açıqlamasında ötən il də məktəblər açıldığını, bir müddət sonra yenidən qapandığını xatırladıb:

“Yadınıza salın, həmin dövrdə də vəziyyət təxminən belə idi. Düzdür, dalğa builki kimi deyildi, lakin keçən il də məktəblər fəaliyyətə başladı, bir müddət sonra yenidən koronavirus dalğası başladığına görə qapanma oldu. Pik nöqtəyə çatdıqda artıq tamamilə qapanmaya getdik. Bununla da onlayn təhsil sisteminə keçildi”.

Ekspertin sözlərinə görə, təhsil müəssisələrinin açılması ilə bağlı birmənalı rəy yoxdur: “İndi ayın 15-də məktəblərin açılması epidemioloji vəziyyətdən asılı olacaq. Əgər səngimələr gedərsə, vəziyyət sabitləşərsə, təbii ki, bu zaman məktəblərin fəaliyyəti mümkün ola bilər. Yox, əgər epidemioloji vəziyyət pisləşməkdə davam edəcəksə, təmasların məhdudlaşdırılması əsas hədəf olacaqsa, təbii ki, həmin halda əyani yox, onlayn sistem qüvvədə qalacaq. Lakin hələ bununla bağlı birmənalı rəy yoxdur”.