Orxan Əsgərov tanınmış həkimin oğlu imiş…backend

Orxan Əsgərov tanınmış həkimin oğlu imiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan baş leytenant Orxan Əsgərov tanınmış həkimin oğludur.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, onun atası Rizvan Əsgərov Gəncə şəhər 1 saylı Pediatriya Xəstəxanasının baş həkimidir.

O.Əsgərov ailəli olub və 2 övladı yadigar qalıb.

O daha əvvəl Azərbaycanın Moskvadakı diplomatik missiyasında da çalışıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.