Orxan Əsgərovla vida mərasimi keçirilir – VİDEObackend

Orxan Əsgərovla vida mərasimi keçirilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktı zamanı şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilir.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun evində təşkil olunub.

Mərasimdə şəhidin ailəsi, yaxınları və həmkarları iştirak edirlər.

Vida mərasimindən sonra Orxan Əsgərovun nəşi İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.