Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərov II Şəhidlər xiyabanında dəfn edilir.
NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki, dəfn mərasimində böyük izdiham yaşanır.
Mərasimdə dövlət və hökumət rəsmiləri, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edirlər.


