Oskar gecəsində türk pidesi – FOTOLARbackend

Oskar gecəsində türk pidesi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 27-də Los Ancelesdə keçirilən 94-cü “Oskar” mükafatlarının təqdimat mərasimindən sonra dünyaşöhrətli kino ulduzları və prodüserlərin qatıldığı ziyafətdə builki menyuda türk yeməkləri də yer alıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, 1995-ci ildən bəri keçirilən mükafatlandırma ziyafətinin menyusuna Qara dəniz çörəyi (pide) və qaymaqlı ərik qurusu şirniyyatı da daxil edilib.

Mərasimdən sonra verilən ziyafətdə türk mətbəxi dünya şöhrətli kino ulduzları, sənətçilər və iştirakçılarda xoş təəssürat yaradıb.

Yeməkləri 1995-ci ildən Oskar gecələrinin menyularını hazırlayan dünya şöhrətli aşpaz Volfqanq Pak hazırlayıb. Hər iki yeməyin dadına məşhurlar tərəfindən ilk dəfə baxılıb və çox bəyənilib: “Türk mətbəxi ənənəvi reseptləri və orqanik məhsulları ilə dünyanın ən zəngin mətbəxlərindən biridir. Türk mətbəxində kəşf ediləcək çox sayda resept və məhsul var. Türkiyənin yeddi bölgəsinin hamısı ləzzət, tarix və mədəniyyətlə doludur. Türkiyədə görməyə dəyər və ləzzətli yeməkləri olan bir çox şəhər var. Ailəm və mən hər yay Türkiyəyə səfər etməkdən zövq alırıq”, – deyə Volfqanq Pak söyləyib.