“Oskar” mükafatlarına namizədlər AÇIQLANDIbackend

“Oskar” mükafatlarına namizədlər AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da 2022-ci il “Oskar” kino mükafatlarına namizədlərin adları açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki , “İlin ən yaxşı filmir” kateqoriyası üzrə “Belfast”, “CODA”, “Yuxarı baxmayın”, “Avtomobilimi sür”, “Düna”, “Kral Riçard”, “Biyan pitsası”, “Qorxu xiyabanı”, “İtin gücü”, “Uestsayd hekayəsi” filmləri namizəd kimi irəli sürülüb.

“Ən yaxşı rejissor” adı uğrunda Kennet Brana (“Belfast”), Ryüsuke Hamaquçi (“Avtomobilimi sür”), Pol Tomas Anderson (“Biyan pitsası”), Ceyn Kampion (“İtin gücü”) və Stiven Spilberq (“Uestsayd hekayəsi”) mübarizə aparacaq.

“Ən yaxşı aktyor” kateqoriyasında Xavyer Bardem, Endrü Qarfild, Uill Smit, Benedikt Kamberbetç, Denzel Vaşinqton, “Ən yaxşı aktrisa” kateqoriyasında isə Cessika Çesteyn, Oliviya Kolman, Penelopa Kruz, Nikol Kidman, Kirsten Styuartın adları irəli sürülüb.

Qeyd edək ki, 94-cü “Oskar” mükafatlarının təqdimetmə mərasimi martın 27-də keçiriləcək.