Oskar namizədlərinin adları AÇIQLANDIbackend

Oskar namizədlərinin adları AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Kino Sənətləri və Elmləri Akademiyasının saytında baş tutan yayımda Oskara namizədlərin adları açıqlanıb.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, 93-cü təqdimetmə mərasimi aprelin 25-də Los Ancelesdə keçiriləcək.

Beləliklə, “Ata”, “Mank”, “Minari”, “Köçərilərin diyarı”, “Ümidverici qız” və “Metalların səsi” filmləri “Ən yaxşı film” nominasiyasında Oskar mükafatına namizəd göstərilib.

Xloya Çjao, Emirald Fennel, Tomas Vintenberq, Devid Finçer, Li Ayzek Çun “Ən yaxşı rejissor” nominasiyasında namizəd olub.

Viola Devis, Andra Dey, Vanessa Kirbi, Fransis Makdormand və Keri Malliqan “Ən Yaxşı aktrisa” nominasiyası üzrə baş mükafatın bir addımlığındadır.

“Ən yaxşı aktyor” nominasiyasında isə Oskar mükafatına namizəd kimi Entoni Hopkins və Çedvik Bouzman önə çıxıb.
Report