Ukraynanın müttəfiqləri Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri Kiyevə 119 milyard dollardan çox hərbi dəstək verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Kaliforniyada Milli Müdafiə Forumunda çıxışı zamanı bildirib.
“ABŞ-ın 2022-ci ilin fevral ayından Ukraynaya ayırdığı təhlükəsizlik yardımının ümumi məbləği 62 milyard dolları ötüb”, – deyə o vurğulayıb.
O qeyd edib ki, Ukrayna hakimiyyəti digər Qərb müttəfiqlərindən 57 milyard dollardan çox vəsait alıb.
Bundan əvvəl Reuters ABŞ-da Ukrayna üçün 988 milyon dollarlıq hərbi yardım paketi hazırlandığını bildirmişdi.