“Osvey” təyyarəsinin hazırlanması Belarus tərəfinin müsbət rəyindən asılıdırbackend

“Osvey” təyyarəsinin hazırlanması Belarus tərəfinin müsbət rəyindən asılıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfi “Osvey” təyyarəsi ilə bağlı işçi konstruksiya sənədlərinin hazırlanmasına davam etmək üçün Belarus tərəfdən müsbət rəy gözləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət naziri Anton Alixanov RİA Novosti ilə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndələri layihənin bütün parametrlərini hazırlayıblar.

“İndi top Belarus tərəfdaşlarımızdadır. Onlardan müsbət rəy gözləyirik ki, işçi konstruksiya sənədlərinin hazırlanmasına davam edək,” — deyə nazir qeyd edib.